Xəbər lenti

 

Rusiya İstintaq Komitəsi Sankt-Peterburq-Nijniy Novqorod xətti üzrə hərəkət edən qatarın avtobusla toqquşması nəticəsində ölənlərin dəqiq sayını açıqlayıb.

Ovqat.com-un məlumatına görə, məlum olub ki, hadisə qurbanları öncə deyildiyi kimi 19 yox, 16 nəfərdir. Daha 12 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Ölən və yaralananların hamısı Özbəkistan vətəndaşlarıdır. Həmin vaxt ictimai nəqliyyatda 57 sərnişin olub.

İlkin məlumatlara görə, qəzanın baş verməsinə səbəb, avtobusun qatarın yaxınlaşmasına məhəl qoymayaraq, dəmiryol xəttini keçməyə cəhd göstərməsidir. Lakin həmin an maşının mühərriki sönüb və qatar sürətlə avtobusa çırpılıb.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 6-10-2017, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma