Xəbər lenti

 ABŞ-ın Cənubi Karolina ştatında, “Fort Cekson” hərbi bazasının ərazisində ağır yol qəzası baş verib

 APA-nın “RT”-yə  istinadən verdiyi xəbərə görə, avtomobilin kütləyə çırpılması nəticəsində iki hərbçi ölüb, 6-sı xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

 Faktı təsdiqləyən hərbi bazanın komandiri Pit Conson özünün “Tvitter” səhifəsində qəza ilə əlaqədar araşdırmalara başlandığını bildirib. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 437          Tarix: 7-10-2017, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma