Xəbər lenti

 

ABŞ-ın Türkiyə vətəndaşları üçün vizaların verilməsini dayandırması narahatlıq doğurur.

Ovqat.com-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə görüşdə deyib. Ərdoğanın sözlərinə görə, hamı başa düşməlidir ki, Türkiyə demokratik ölkədir və bütün qərarlar qanun çərçivəsində verilir.

Qeyd edək ki, bu gün Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ABŞ səfiri Con Bassın görüş barədə təklifini rədd edib.

Xatırladaq ki, ABŞ hökuməti bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi lə bağlı Türkiyə vətəndaşlarına vizanın verilməsinin dayandırmışdı.

Buna cavab olaraq , Türkiyə də ABŞ vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb.

Türkiyə hökuməti ABŞ diplomatının həbsini onun Fətullah Gülən hərəkatı ilə əməkdaşlığı ilə əlaqələndirir.\Metbuat.az\




Ana səhifəyə qayıt        Baxış: 943          Tarix: 9-10-2017, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma