Stanislav Tarasov
regnum.ru, 13.10.2017
Türkiyə prezidentinin rəsmi təmsilçisi İbrahim Qalın “Türkiyə və Birləşmiş Ştatlar arasındakı viza böhranı son dərəcə çətin problem deyil, bunu bir günə həll etmək olar” və “Bunu necə aradan qaldırmaq haqda Amerika tərəfinin təklifini dəyərləndirəcəyik” dedikdən sonra belə görünməyə başlayıb ki, Ankara və Vaşinqton arasındakı qalmaqal sənigiməyə başlayıb.
Xatırladaq ki, əvvəllər İstanbulda ABŞ baş konsulluğunun əməkdaşı Mətin Topuz vaiz Gülənlə əlaqə şübhəsi ilə həbs edildikdən sonra Birləşmiş Ştatlar Türkiyə vətəndaşlarına qeyri-mühacir vizasının verilməsini dayandırıb, Türkiyə mütənasib cavab verib.
“Özüm də bu cür böhran gözləmirdim, amma Türkiyə və ABŞ iki ölkə təmsilçilərinin danışıqlarından sonra viza böhranının tənzimlənməsi üzrə addımlar atacaq” deyən Türkiyə baş naziri I müavini Bəkir Bozdağ Qalını bir növ dəstəkləyib.
Baş nazir müavini Məhməd Şişmək öz növbəsində hesab edir ki, “ABŞ-la Türkiyə arasındakı diplomatik böhran şişirdilib və çox ehtimal ki, ən yaxın vaxtlarda həll olunacaq”.
Həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub, nəticədə viza böhranını müzakairə etmək üçün Dövlət Departamentinin gələn həftə Türkiyəyə gələcək nümayəndə heyətini formalaşdırmaq qərara alınıb. Ona dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Conatan Koen başçılıq edəcək.
Lakin əlamətlər üzə çıxıb ki, Türkiyə rəhbərliyində parçalanma qeydə alınır. Türk qəzetlərindən biri yazır ki, “agentlərin” ABŞ-ın Türkiyədəki missiyalarına nüfuz etdiyini bildirən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “milli əks-kəşfiyyatın çoxillik işinin nəticəsini” nümayiş etdirir.
Türkiyə müdafiə naziri Nurəddin Canikli də çıxış edib: “Ankaraya məlumdur ki, ABŞ İŞİD-lə mübarizə üçün Xalq özünümüdafiə dəstələri (YPG) ilə əməkdaşlıq edir. Bizə həmçinin məlumdur ki, son hədəf Türkiyədir. İŞİD üzərində tezliklə baş tutacaq qələbədən sonra amerikalıların verdiyi silahlar Türkiyəyə qarşı yönələcək”.
Beləliklə, Türkiyə kəşfiyyatı və müdafiə idarəsi “çəngəl” göstərir: Vaşinqton, həqiqətən, Türkiyəni müttəfiq kimi saxlamaq istəyirsə, onda birinci növbədə Suriya kürdlərinə dəstəkdən imtina etməlidir, yəni Yaxın Şərq siyasətini dəyişməlidir.
Bu cür kontekstdə viza qalmaqalı bu problemlər üzrə ikitərəfli ciddi danışıqlar üçün yalnız bəhanə kimi görünür. Madam belədir, onda qalmaqalın tənzimlənməsi üçün təkcə dövlət katibi köməkçisinin birinci müavini səviyyəsində Ankaraya planlaşdırılan səfər ölkənin siyasi təhqiri kimi təqdim olunur. Türkiyə ekspertlərinin əksəriyyəti bununla bağlı Ərdoğanla ABŞ prerzidenti Donald Tramp arasında şəxsi görüş və danışığın gərəkdiyi haqda bildirməyə başlayıb. Türkiyənin “Milli Gazete”sinin fikrincə, bunu əvvəllər ABŞ-da Türkiyə biznesmenlərinin həbs edilməsilə bağlı hansısa “ayırd etmə” deyil, Türkiyənin İdlibdə əməliyyat başlandıqdan sonra ABŞ və NATO üzrə digər müttəfiqlər olmadan Rusiya və İranla birlikdə yeni təhlükəsizlik strukturu yaradılmasının qarşısında durduğu diktə edir. Söhbət “Qərbin planlarını alt-üst etmək, sonra isə bölgədən getməyə məcbur etməyə yönəlmiş yeni strategiyanın” hazırlanmasından gedir.
“Milli Gazete”nin yazdığı kimi, bunu hətta “kor sultan da görə bilər”, çünki “burada uduzan bütün oyun miqyasında ciddi zərbə alacaq”.
Və sonra: “ABŞ prosesin ləngimə və zəiflədilməsinə hədəflənmiş yeni strategiyanı tətqib etməyə başlayıb. Və bu üzdən Bərzanini satıb… Nəticədə Bərzani Bağdadla barışıq axtarışındadır”.
Ola bilsin, Ankara bu amildən faydalanmağa çalışır. Və Ərdoğan bu durumda özünü necə aparır? Serbiya səfərindən qayıdaraq iki hissəyə bölmək mümkün olan nitqlə çıxış edir. Birincisində Amerika-Türkiyə münasibətlərindəki diplomatik böhrana qiymət verərək öz ölkəsini caynaqları qoparlmış və ram etməyə cəhd edilən şirlə müqayisə edib. O, qeyd edib ki, amerikalılar “əski Türkiyə” vərdiş ediblər. Deyib ki, Amerika “Türkiyənin qurulması”nın dayandırılmasına yönəlmiş “çirkin plan” gerçəkləşdirir. Əlavə edib ki, ABŞ “Türkiyə ilə münasibətləri qurban verir”.
Buna prezident Trampla görüşmək istəyinə eyham kimi yanaşmaq olar. Prezident Ərdoğan ikinci hissədə qəzəbini istisnasız olaraq Amerikanın Ankaradakı səfiri Con Bassın üzərinə tökərək onu viza böhranı törətməkdə ittiham edib. “Özünə cavab verməyən adam olmaqda”. Lakin Ərdoğan “ABŞ-ın Suriyada kürdlərin döyüş dəstələrinə yardım edərək Türkiyəni mühasirəyə aldığı”ndan danışsa da, bununla belə şəxsən Trampı və ya Tillersonu tənqid etmir.
Lakin bu cür diplomatiya iş görəcəkmi? Ərdoğan bir yandan Trampı küncə qovur, yüksəldilmiş tələblər plankasını irəli sürür, Suriya kürdlərinə silahlı dəstəyi dayandırmağın daxil olduğu əsas əhəmiyyətli fikir ayrılıqlarını çözməyi tələb edir. İstər-istəməz yenə də Vaşinqton İraqda Kürdüstan yaratmağı dəstəkləməmək haqda qərar qəbul edib, amma istisna deyil ki, bu məsələni sonraya saxlayıb. Digər yandan Ankara anlayır ki, Ağ Ev əvəzində ondan “qurban” tələb edə bilər. Məsələn, Rusiyanın S-400 komkplekslərini almaqdan, Tehranla sıx əlaqələrdən və daha başqa nədənsə imtina. Təsadüfi deyil ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Key Belli məhz indi bildirib ki, Türkiyənin almaq istədiyi Rusiya S-400 zenit raket kompleksi “alyansın istifadə etdiyi sistemlərlə uyuşmur”.
Onun sözlərinə görə, Rusiya “oyun oynayır”: NATO-da müttəfiqlər arasındakı bağları qoparmaq və fikir ayrılığı doğurmaq.
Ərdoğan hələlik özünü müdafiə edərək Rusiyanın zenit raket komplekslərini almaqla bağlı problemsizlikdən danışır. Hətta yüksəlişə oynayır. Serbiyadan qayıdaraq bildirib: “Düşünmürəm ki, hörmətli Putinlə S-400 danışıqlarını bitirəcəyik, biz S-500 haqda danışıqlar aparacağıq.”
Və qeyd edib ki, Amerika “Patriot”ları artıq dünyada dövriyyədən çıxır. Belə ki, təcrübənin göstərdiyi kimi, Türkiyə özünün əhəmiyyəti üçün “kartlar”ı oynatmaq vərdişlərinə malikdir. Bu dəfə nə olacaq? Axı söhbət həm Türkiyə və ABŞ arasındakı, həm də bölgənin başqa ölkələri ilə münasibətlər üçün ən ciddi nəticələri olacaq qərarlardan gedir. Ən yaxın vaxtlarda nəsə aydınlaşmalıdır, lakin Yaxın Şərq oyunu son dərəcə dolaşıq olaraq qalır.
Tərcümə Strateq.az-ındır.
Paylaş: