Xəbər lenti

 Şimali Koreya ABŞ-ı ən gözlənilməz məqamda "ağlasığmaz" zərbə vuracağı ilə hədələyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) Koreya yarımadası yaxınlığındakı sularda "Ronald Reagan" aviadaşıyıcısı başda olmaqla Cənubi Koreya və ABŞ hərbi dəniz qüvvələrinin həyata keçirdiyi manevrlərlə əlaqədar yaydığı bəyanatda deyilir.

"Birləşmiş Ştatlar, görünür ağlını itirib ki, bizim başlıca olaraq müəyyən etdiyimiz hədəflərini düz burnumuzun dibinə gətirib. ABŞ nəzərə almalıdır ki, bizim zərbəmiz onları gözləmədikləri yerdə və zamanda tapacaq", - deyə KMTA qeyd edir.

ABŞ HDQ-nin aviadaşıyıcı zərbə qrupu 16-26 oktyabr tarixlərində Cənubi Koreya HDQ gəmiləri ilə Cənubi Koreya sahillərində birgə təlimlər keçirir.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 19-10-2017, 08:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma