Xəbər lenti

Avropa Birliyi ölkələrinin liderləri 2015-ci ildə İranla bağlanmış nüvə razılaşmasına tam sadiq olduqlarını təsdiq ediblər. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" bildirir.

Beləliklə, qeyd edilir ki, onlar ABŞ prezidenti Donald Trampın aktiv tənqid etdiyi sazişin ləğv edilmədiyinə ümid edirlər.

"Nüvə razılaşmasının tamamilə icrasına tam sadiq qalırıq. Biz buna Avropa Birliyi və region üçün əsas təhlükəsizlik məsələsi kimi baxırıq", - deyə Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib.

Daha əvvəl Tramp İranla nüvə sazişinin tam ləğvini real imkan adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 914          Tarix: 20-10-2017, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma