Xəbər lenti

Iraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-nə təyin edilən seçkini təxirə salıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, noyabr ayının 1-nə keçirilməsi planlanan prezident və parlament seçkiləri qeyri-müəyyən müddətə ertələnib: "Buna səbəb partiyaların prezidentliyə və deputatlığa namizəd irəli sürməmələridir".

Xatırladaq ki,  bu ilin sentyabr ayının 25-də Kürd Muxtariyyəti müstəqillik referendumu keçirib.

Bundan sonra İraq mərkəzi hökuməti ilə vilayət rəhbərliyi arasında münasibətlər kəskinləşib. Oktyabrın 8-də isə İraq ordusu hərəkətə keçərək Kərkük daxil olmaqla, Bərzaninin zəbt etdiyi bir çox əraziləri geri qaytarıb. Hazırda tərəflər arasında qarşıdurma davam edir.




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 23-10-2017, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma