Xəbər lenti

Sanksiyalar hökmünü göstərdi: Bərzani BMT-yə müraciət etdi

İraq Kürd muxtariyyəti BMT-nin bölgəyə tətbiq etdiyi hava sanksiyaları sonrası geri addım atmağa başlayıb.

Publika.az xəbər verir ki, Bərzani hökuməti BMT-yə və İraqın mərkəzi hökumətinə səslənərək qadağanın ləğv edilməsini istəyib.

Bağdad rəhbərliyi İraqın şimalında keçirilən qanundankənar referendumun ardınca Şimali İraq üzərindən uçan bütün xarici hava yollarının təxirə salınacağını bildirmişdi. Başda Türkiyə olmaqla, Qətər, Liviya, Misir və İran bu qərara dəstək verərək, Şimali İraqa edilən səfərləri ləğv edib.

İraq Kürd muxtariyyətinin hökumət sözçüsü Sefin Dizayi qərar barədə yazılı açıqlama verib:

“Bağdad bu qərarla konsitutsiya qanunlarını bir daha çeynəmiş oldu. Bu, Kürdistan xalqını və toplumu cəzalandırmaqdır. Kürdistan bölgəsindəki hava limanları bu günə qədər İraqın təyin etdiyi bütün qanunlara riayət edib.

Bu, tamamilə siyasi bir qərardır. Buna görə də Kürdistan hökuməti toplumu cəzalandıran bu qərarın tezliklə ləğv edilməsini istəyir”.




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 30-09-2017, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma