Xəbər lenti

Kataloniya seçkidən imtina etdi - İqtidar prezidenti hədələdi

Kataloniya Muxtar Vilayətinin rəhbəri Çarlz Puiqdemont erkən seçkilərə getmək qərarından vaz keçib.

Publika.az xəbər verir ki, prezident bu qərarı müstəqillik tərəfdarı olan siyasi partiyaların və dinc qurumların təzyiqindən sonra verib.

O, İspaniya hökumətinin konsitutsiyanın 155-ci maddəsini tətbiq etməsinə qarşı olduğunu vurğulayıb və iqtidardakı Xalq Partiyasını Kataloniyadakı mövcud vəziyyətdən faydalanmağa çalışmaqda günahlandırıb.

Xalq Partiyasının üzvləri tək seçimin müstəqillik qərarını səsverməyə çıxarmaq olduğunu deyiblər. Əks təqdirdə Puiqdemontu tək qoyacaqları ilə hədələyiblər.

Digər tərəfdən Kataloniyanın muxtariyyətini ləğv edən 155-ci maddəninn tətbiq edilməsinə qarşı çıxan hökumət bu tələblə Ali Məhkəməyə etiraz edib.

Qeyd edək ki, İspaniya Parlamenti Kataloniya ilə bağlı verdikləri qərarı səsverməyə çıxarmaq üçün bu gün iclas keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 27-10-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma