Xəbər lenti

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) Rakkada İŞİD üzvlərini tamamilə mühasirəyə aldığını açıqlayıb.

Publika.az xəbər verir ki, kürd və ərəb qüvvələrindən ibarət demokratik qüvvələr İŞİD-in cənuba qaçmaq üçün istifadə etdiyi bütün yolları bağlayıb.

İŞİD-ə qarşı qurulan və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Ryan Dillon da Rakkaya cənubdan gedən bütün əsas yolların demokratik qüvvələrin nəzarətində olduğu bildirib. Açıqlamada qeyd edilir ki, SDQ bir neçə fərqli qollardan liderləri tərəfindən tərk edilmiş İŞİD-ə təzyiq göstərməyə davam edir və bunun sayəsində bu həftə Rakka və çevrəsindəki 20 kilometrlik sahəni İŞİD-dən təmizləyib.

Demokratik Qüvvələr Rakkada ələ keçirdikləri yerlərdə İŞİD tərəfindən qazılmış yeraltı tunellər aşkar ediblər. Bu tunel şəbəkələr terror təşkilatının insanları kütləvi şəkildə qətl etmələri üçün istifadə edilirmiş.

Bütün bu hərbi uğurlara baxamayaraq, Rakka şəhərində hələ də 100 000 insan müharibənin ortasında köməksiz vəziyyətdə qalıb. BMT Rakkada bu ay ən az 173 insanın öldürüldüyünü açıqlayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 874          Tarix: 30-06-2017, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma