Xəbər lenti

Avropa parça-parça olacaq – Kataloniyadan sonra 20 bölgə muxtariyyət tələb edir

İspaniyanın şərqində yerləşən Kataloniya Muxtariyyətinin müstəqillik əldə etməsi Avropda yerləşən bir çox muxtar vilayətlərin dövlətdən ayrılmasına təkan vermiş oldu.

Publika.az xəbər verir ki, İspaniya ilə yanaşı, Almaniya, Danimarka, İngiltərə və Ruminya kimi bir çox ölkələrin tərkibində olan vilayətlər dövlət idarəsindən imtina edib müstəqil olmağa can atır.

Bu siyahıya Xorvatiyanın İstria, Polşanın Katoviç (Yuxarı Sileziya), Ruminyanın Sekeris, Danimarkanın Bornholm, Faroe adaları, İtaliyanın Lombardiya, Veneto, Siciliya, Cənubi Tirol, İspaniyanın Bask bölgəsi, Fransanın Bretoniya, Korsika, Belçikanın Flanders və Valon bölgəsi, Almaniyanın Bavariya, İngiltərənin İsveçrə, Qall bölgəsi, Şimali İrlandiya vilayətləri daxildir.

Bu vilayətlər 2 əsrə yaxındır ki, muxtariyyət statusu ilə edilir. Bəzi bölgələr zaman-zaman ayağa qalxaraq müstəqil olmağa can atsa da, həm ölkə hökuməti, həm də beynəlxlaq ictimai təzyiqlər bu müstəqillik cəhdlərini boşa çıxarıb.

Lakin Kataloniyanın ağır şərtlər və təzyiqlər altında müstəqilliyini elan etməsi Avropa qitəsində yenidən separatizmin alovlanmasına səbəb olub




Ana səhifəyə qayıt        Baxış: 672          Tarix: 28-10-2017, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma