Xəbər lenti

  

Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasından sonra “qoca qitə”də separatizm meylləri güclənir. Bir müddət əvvəl İspaniyanın Kataloniya muxtar vilayətinin müstəqillik referendumuna getməsindən sonra eyni proses İtaliyanın iki vilayəti – Lombardiya və Vetedo  da bənzər təşəbbüslə çıxış edib və bu gün referenduma gedir.

Ovqat.com xəbər verir ki, səsvermənin keçərli sayılması üçün Vetedoda seçiçilərin 50%+1 hissəsinin referenduma qatılması şərt sayılsa da, Lombardiyada belə bir məcburiyyət yoxdur. Lombardiyada səsvermədə iştirak edən seçicilərin əksəriyyətinin mövqeyi qəbul ediləcək nəticələri müəyyənləşdirmək üçün kifayətdir.

Lombardiyada 8 milyona yaxın, Vetedoda 4 milyon civarında vətəndaş yaşayır və hər iki vilayət İtaliya büdcəsinə ayrı-ayrılıqda ildə 50 milyard evrodan artıq vergi ödəyir. Vilayətlərin referendumla əldə etməyə çalışdıqları divident də elə bununla bağlıdır: onlar topladıqları vergiləri özlərinin rifah hallarının yaxşılaşdırılmasına sərf etmək istəyirlər. İki vilayətin müstəqillik və ya muxtariyyət haqqı əldə edib mərkəzi hakimiyyətlə sövdələşmədə üstünlük qazanmaq istəyinə hədəflənmiş referendumun İtaliyaya 65 milyon evroya başa gələcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 330          Tarix: 22-10-2017, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma