Fransa hərbçiləri Mali - Burkina-Faso sərhəddində meşədə gizlənən 20-dən çox silahlını məhv edib.
RİA Novosti agentliyi xəbər verir ki, silahlılar quru əməliyyatı və hava zərbələri nəticəsində zərərsizləşdirilib.
Aprelin 19-da silahlılar Qurma-Rarus şəhərində hərbi bazaya hücum edərək 5 əsgəri öldürüb, 10-u yaralayıblar. Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib
Ovqat.com