Rusiya İŞİD terror təşkilatında döyüşən vətəndaşların sayına görə ölkələrin siyahısına başçılıq edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi hesabatlara əsasən, təşkilatın sıralarında Rusiyadan olan döyüşçülərin sayı 3417-ə çatıb.
Bu rəqəm ixtisaslaşdırılmış mərkəzlərin qiymətləndirmələrindən fərqlənir. Məsələn, Vaşinqtonda yerləşən kəşfiyyat və təhlükəsizlik sahəsində konsaltinq şirkəti “Soufan Group”un hesabatına görə, Rusiyanın 2400-dən çox vətəndaşı İŞİD-in sıralarında döyüşür.
İŞİD Suriya və İraqda əsas dayaq məntəqələrini itirdikdən sonra, müşahidəçilər qorxularını ifadə edirlər ki, qruplaşmanın döyüşçüləri Rusiyaya yola düşəcəklər. Bir çox məruzənin müəllifləri döyüşçülərin gəldikləri ölkələrə qayıdışı barədə xəbərdarlıq edirdilər. Bildirilir ki, İŞİD-in ideologiyası yox olmayacaq və “yatan hüceyrələr” yaradılacaq. Onlar yeni terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlimatları gözləyəcəklər. Söhbət “tək canavar” taktikasından gedir.
“Tək canavar” taktikası artıq beynəlxalq cəmiyyət üçün dəhşətli yuxuya çevrilib. Hamı həmfikirdi ki, bu taktika fövqəladə təhlükəlidir və dövlətlərin təhlükəsizliyi və sabitliyi üçün böyük təhlükə daşıyır. Həqiqətən, “tək canavar” termini yeni minillikdə terror təşkilatları tərəfindən terror aktlarının həyata keçirilməsi üçün yeni taktika fonunda ortaya çıxıb. Bir neçə terror təşkilatı Rusiya daxilində hədəflərə çatmaq üçün “tək canavarlar”dan istifadə edə bilər. Rusiya 1848-ci ildən sonra “canavarlar”ın mənbəyi olan ən məşhur ölkələrdən biri olub. “Tək canavarlar” I Dünya müharibəsindən sonra müstəmləkəçiliyə qarşı azadlıq hərəkatının yaranması ilə ortaya çıxdı. Həmçinin 1960-cı illərin əvvəllərində sol hərəkatlər zamanı “tək canavarlar”ın rolunu qeyd etmək lazımdır.
İŞİD terror qruplaşması yaxın vaxtlarda rus dilində videomüraciət yaymaqla Rusiyanı terror aktları ilə hədələyib. Moskva ehtiyat edir ki, təşkilat “tək canavarlar”ın, həmçinin “Xorasan Əmirliyi” və başqa terror qruplaşmalarının köməyi ilə Rusiya üçün təhdid yarada bilər.
“Xorasan əmirliyi” 2015-ci ilin əvvəlində Əfqanıstanda İŞİD-in qolu kimi fəaliyyətə başlayıb. Qruplaşmanın əsasını Talibanın sıralarını tərk etmiş əfqan və Pakistan döyüşçüləri təşkil edir. Onların məqsədi regionun bütün hökumətlərinə, həmçinin regiona ən yaxın olan Rusiya hökumətinə qarşı mübarizə aparmaqdır.
Qruplaşma öz ətrafında radikal gəncləri birləşdirməyi bacarıb və regionda qarışıqlıq yaratmaq üçün onlardan alət kimi istifadə edir.
“Tək canavarlar”ın təhlükəsi ondan ibarətdir ki, terror təşkilatları zorakılığı sevən insanların cəlb edilməsi üçün hər cür metodlardan istifadə edir. Onlar hər şeydən əvvəl sosial şəbəkələrin köməyi ilə cəlb edilirlər. Həmçinin”"tək canavarlar”ın elə tipi mövcuddur ki, hər hansı əlaqələrə malik olmadan terror aktları törədirlər. Kommunikasiya mexanizmləri onlar üçün əlçatan olmur, təşkilatın liderləri ilə əlaqə saxlamaq imkanlarına malik deyillər və xüsusi xidmət orqanları tərəfindən yaxalanmaması üçün sosial şəbəkələrdən istifadə etməyə qorxurlar. Onlar həmçinin məscidlərdə insanlarla ünsiyyət saxlamağı qorxurlar. Çünki hesab edirlər ki, onların əksəriyyət təhlükəsizlik xidmətlərində işləyirlər.
Paylaş: