Xəbər lenti

İsveçin Yerfella şəhərində yerləşən “İmam Əli” məscidində yanğın olub.

Ovqat.com xəbər verir ki, A24.az-ın məlumatına görə, bu barədə İsveçin SVT televiziyası xəbər yayıb. Hadisə ötən gün baş verib.

Stokholm polisinin nümayəndəsi Lars Bistremin dediyinə görə, yanğının məscidin bayır tərəfindən törədildiyi ehtimal edilir. Yanğınla bağlı məlumat gecə saatlarında daxil olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Bildirilir ki, məsciddə 3 mindən çox kitab olan kitabxana yerləşir. Kitabların yanması barədə hələlik məlumat yoxdur. İlkin proqnozlara əsasən məscid binasının 30-50 faizi zərər görüb.

Qeyd edək ki, “İmam Əli” ölkənin ən böyük şiə məscidi sayılır.




Ana səhifəyə qayıt        Baxış: 976          Tarix: 1-05-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma