Xəbər lenti

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) sədri, Avstriya parlamentinin üzvü Kristin Muttonen oktyabrda keçirilən seçkilərdə ölkəsinin qanunverici orqanına seçilmədiyinə görə öz postunu tərk edib.

Cümə axşamı ATƏT PA-nın saytında yerləşdirilmiş bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, gələn ilin yayında, ATƏT PA-nın Berlində keçiriləcək ənənəvi illik sessiyasında təşkilatın yeni sədri seçilənədək, onun vəzifəsini indiyə qədər bu orqanın başçısının müavini olan Gürcüstan nümayəndəsi Georgi Sereteli yerinə yetirəcək.

Cümə axşamı Kopenhagendə ATƏT PA-nın baş katibi Roberto Montelloy ilə Assambleya əməkdaşlarının görüşündə G.Sereteli ATƏT-in dəyərlərinin saxlanılmasını və münaqişələrin nizama salınmasında bu təşkilatın rolunu, həmçinin Avropada təhlükəsizlik problemlərinə hərtərəfli yanaşmanı özünün prioritetləri adlandırıb.

G.Sereteli 1995-1999-cu illərdə Tbilisinin vitse-meri olub, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, nazir və ölkə hökuməti baş nazirinin müavini vəzifələrini tutub. 2012-ci ildən o, ATƏT PA-nın sədr müavini idi.\\virtualaz.az




Ana səhifəyə qayıt        Baxış: 674          Tarix: 9-11-2017, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma