Xəbər lenti

Saymon Henderson

Foreign Policy” (ABŞ)

 

Varis-şahzadə Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının necə idarə olunduğuna dair anlayışımızı parçalayır. Hakimiyyətini möhkəmləndirmək istəyərək, Səudiyyə rəhbərliyinin ənənəvi metodlarını kənara qoyaraq, o, çoxsaylı əmiləri və qardaşlarının dəstəyini qazanmaq üçün mühüm bir addım atıb. Korrupsiya ittihamı ilə əlaqədar 11 şahzadənin həbsi kral ailəsinin – Səud xanədanının artıq qanundan üstün olmadığını göstərir.

Məhəmməd bin Salmanın son həmlələrinə dair şərhlər iki cürdür: o, ölkəni diktaturaya və ya ailə üsyanına sürükləyir. Ancaq Məhəmməd bin Salmanın hərəkətləri və ifadələrinin diqqətlə nəzərdən keçirilməsi onların həddindən artıq dəqiq hesablanmış olduğunu göstərir. Səudiyyə baş prokuroru korrupsiya araşdırmalarının üç ildir davam etdiyini söyləyərkən, Məhəmməd bin Salman hələ may ayında verdiyi müsahibədə korrupsiya əleyhinə geniş miqyaslı basqını qeyd edib: "Sizi əmin edirəm ki, korrupsiyaya bulaşmış hər hansı bir şəxs, məsələn, nazir, şahzadə, kim olursa-olsun təqibdən qaça bilməyəcək".

Bu arada, aprel ayından etibarən 32 yaşlı Məhəmməd bin Salman hakimiyyət mövqelərinə 20 və ya 30 yaşlı gənc şahzadələri təyin edir. Onlar, ehtimal ki, krallığın yenidən qurulmasının uğurlu olması üçün çox vacibdir və gələcək onilliklərdə hakimiyyətdə daha yüksək vəzifələrə gələ bilərlər. Bütün bu adamlar 1953-cü ildə vəfat edən padşahlığın qurucusu İbn Səudun nəvələri və ya nəticələridir. Məhəmməd bin Salman bu kiçik qardaşların təbliğində çox ehtiyatlıdır. Bu ailə içində hər hansı rəqabəti aradan qaldırmanın yaxşı yoludur – İbn Səudun 40-dan çox oğlu var və nəvələrinin sayı yüzlərlədir. Məhəmməd bin Salmanın kollektiv ailə üsyanını qarşısını sadə üsulla alıb: parçala və hökm et.

Bütün monarxiyalarda olduğu kimi, qan qohumluğu Səudiyyə Ərəbistanının qabaqcıl liderləri üçün çox vacibdir. Məhəmməd bin Salman, ehtimal ki, oğulları təşviq etməklə, ataların ehtirasını söndürür. Övladların övladları bəzi ataların ağrılarını azalda bilərlər.

Səud Evi əvvəllər də çətin keçidlərə şahid olub. Bu dəfə fərqi meyar var, az yaş artıq kəmiyyətə bərabərdir. Əlbəttə, gənclər – təcrübənin azlığı deməkdir, amma Məhəmməd bin Salmanın bu riski nəzərə alıb.

Səud xanədanının yeni nəsil kimlərdən ibarətdir?

Əbdüləziz bin Fəhd – İbn Səudun nəticəsi və 2017-ci ilin iyun ayından etibarən İordaniya ilə sərhəddə olan Cəvf bölgəsinin qubernator müavinidir. Atası hərbçi və 2017-ci ilin aprelinə qədər Səudiyyə quru qüvvələrinin komandanı olub.

Feysəl bin Səttam – 2017-ci ilin iyun ayında İtaliyada səfir vəzifəsinə təyin olunub. Məhəmməd bin Salmanın yüksəlişindən əvvəl Şuranın (böyük ailə üzvlərindən ibarət qruplaşma) üzvü olaraq, o, 2014-cü ildə şahzadə Muqrinin tacdar şahzadənin müavini olması əleyhinə səs verib. Bununla da Salman düşərgəsinə aid olduğunu isbatlayıb (Muqrin 2015-ci ilin yanvar ayında kral Abdullahın ölümündən sonra varis oldu, lakin üç aydan sonra kral Salman tərəfindən əvəzləndi).

Əbdüləziz bin Səud – 2017-ci ilin iyun ayında vəzifəyə təyin edilən 30 yaşlı daxili işlər naziri. O, hazırda əmisi və sabiq varis-şahzadə Məhəmməd ibn Naifin vəzifəsini tutur. Əbdüləziz bin Səudun atası Səudiyyə şiələrinin çoxluq təşkil etdiyi, neftlə zəngin Şərq vilayətinin qubernatorudur.

34 yaşlı Əbdüləziz bin Turki Baş İdman İdarəsinin sədr müavini vəzifəsini icra edir. Atası Turki ibn Feysəl Vaşinqtonda və Londonda səfir, eləcə də krallığın xarici kəşfiyyat orqanının başçısıdır. Türki bin Feysəl israilli səlahiyyətlilərlə gizli müzakirələr aparır.

Əhməd bin Fəhd – İbn Səudun nəticəsi 2017-ci ilin aprelindən Şərq əyaləti qubernatorunun müavinidir. 1986-cı ildən 1993-cü ilədək bu vəzifəni tutmuş atası 2001-ci ildə vəfat edib.

Bəndər bin Xalid (52 yaş) – 2017-ci ilin iyun ayında kral məhkəməsinə məsləhətçi təyin edilib. Atası Məkkə əyalətinin qubernatoru olub.

Xalid ibn Bəndər 2017-ci ilin iyun ayında Almaniyada səfir vəzifəsinə təyin olunub. O, çoxsaylı Amerika prezidentləri ilə əlaqələri inkişaf etdirən, Birləşmiş Ştatlardakı sabiq səfir şahzadə Bəndər bin Sultanın Oksford təhsilli oğludur.

29 yaşlı Xalid bin Salman bu il Səudiyyə Ərəbistanının Vaşinqton səfiri vəzifəsinə təyin edilib. O, keçmiş “F-15” pilotu və Məhəmməd bin Salmanın qardaşıdır.

Səud bin Xəlid 2017-ci ilin aprelində Mədinənin qubernator müavini təyin edilib.

38 yaşlı Turki bin Məhəmməd 2017-ci ilin iyun ayından kral sarayının məsləhətçisidir. 1985-ci ildən 2013-cü ilə qədər Şərq vilayətinin qubernatoru olan atası mərhum kral Fəhdin oğlu idi.

Noyabrın 5-də helikopter qəzası nəticəsində ölən Əsir vilayətinin qubernator müavini Mənsur bin Muqrin 2015-ci ilin aprel ayında, atası vəzifəsindən qovulduqdan sonra kral Salmanın müşaviri idi. Onun Məhəmməd bin Salmanı sevmədiyi fərziyyəsi vardı. Qəza nəticəsindəki ölümün təsadüfi olmadığı dedi-qodusu mövcuddur. Lakin heç dəlil-sübut yoxdur.

Məhəmməd bin Salman özünü açıq şəkildə Səudiyyə Ərəbistanının növbəti kralı kimi görür. Onun keçidinin müvəffəqiyyəti kral ailəsinin dəstəyindən başqa hərbi şahzadələrdən asılıdır.

“WikiLeaks” tərəfindən yayımlanan 1985-ci ilə aid Dövlət Departamentinin bir məlumatında da bu fikir mövcuddur: "Silahlı Qüvvələrdəki şahzadələr əl-Səud rejiminin sabitliyini təmin edir".

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 628          Tarix: 14-11-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma