Xəbər lenti

Kremlin tənqidçisi və Rusiyada qadağan olunmuş millətçi müxalifət hərəkatının lideri Avropa Birliyində siyasi sığınacaq aldığını deyir.

AzadAvropa/AzadlıqRadiosu və Amerikanın Səsinin birgə layihəsi olan “Nastoyasheye Vremya” televiziya şəbəkəsinə müsahibəsində Vyaçeslav Maltsev deyib ki, iyulda Rusiyadan qaçıb və bir müddət AB ölkələrindən birində həbsdə saxlanıb, daha sonra ona qanuni qalmağa sənədlər verilib. Maltsev noyabrın 15-də verdiyi müsahibədə hansı ölkədə qaldığını açıqlamayıb.

Noyabrın 5-də bolşevik inqilabının 100 illiyi münasibətiylə Moskva və Rusiyanın digər şəhərlərində keçirilən yürüşlərdə Maltsevin yüzlərlə tərəfdarı saxlanıb. O, daha öncə noyabrın 5-ni prezident Vladimir Putini devirəcək “yeni inqilab”ın başlanğıc günü elan etmişdi. Mayda Maltsev ekstremist fəaliyyətə çağırdığına görə qiyabi mühakimə olunu

strateq.az




Ana səhifəyə qayıt        Baxış: 662          Tarix: 17-11-2017, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma