ABŞ Hərbi Hava Qüvvələrinin generalı Heidi Qrant Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alacağı təqdirdə Türkiyənin NATO-nun texnologiyasına çıxışının məhdudlaşdırılacağını elan edib.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Türkiyəyə S-400 sistemləri məsələsində xəbərdarlıqla edib:
"Əgər Türkiyə S-400 sistem alsa, NATO texnologiyalarını çıxışı zəifləyəcək. Sonrakı mərhələdə Türkiyənin F-35 tipli 5-ci nəsl bombardumançı təyyarələrdən istifadə imkanlarına qarşı da tədbirlər alına bilər”.
S-400 sistemləri ilə bağlı Rusiya-Türkiyə anlaşmasının həyata keçməsinin Türkiyə ilə NATO arasında hərbi işbirliyinə ciddi şəkildə təsir edəcəyini vurğulayan Heidi Qrant NATO strategiyasına əssasən S-400 sistemləri ilə işbirliyinə iczə verilməyəcəyini qeyd edib.
Türkiyənin S-400 sistemləri alacağı təqdirdə ABŞ-ın hansı addımlar atmasına gəldikdə Qrant deyib ki, ilk əvvəl Rusiya-Türkiyə arasında əldə edilən razılaşmanın həyata keçib-keçməyəcəyi, gələcəkdə bir arada necə işləyəcəyi məsələsinə baxacaqlar:
"Ancaq bu gün üçün S-400 sistemləri ilə əlaqədar işbirliyində olmayacağımızı deyə bilərəm”.
Amerikalı mütəxəssislər isə hesab edirlər ki, Türkiyənin S-400 sistemləri və F-35 təyyarələrindən eyni zamanda istifadəsi Rusiyanın bu sistemlər üzərindən bombardumançı təyyarələrin zəif yerlərinin öyrənə bilməsinə səbəb ola bilər. Bu isə F-35-lər üçün fəlakət deməkdir./teleqraf.com
Paylaş: