Türkiyənin nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi dünən, mayın 2-də 3,5160 TRY/USD səviyyəsinə enib.
Ovqat.com "Report" istinadən xəbər verir ki, bu, 2017-lci ilin ən minimal səviyyəsidir. Belə ki, bundan əvvəl dolların məzənnəsi ilin ilk iş günündə 3,5243 TRY/USD olub və daha sonra kəskin şəkildə yüksələrək yanvar ayının 11-də tarixi rekord həddə - 3,9423 TRY/USD-yə çatıb. Son bir neçə ayda dünya maliyyə bazarlarının müsbət tendensiya ilə üzləşməsi və Türkiyədə referendumun başa çatması ilə dolların məzənnəsi tarixi rekord səviyyədən 10,8% aşağı düşüb.
"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin 3,50 TRY/USD səviyyəsindən aşağı enə biləcəyini, amma bu səviyyədə uzun müddət qala bilməyəcəyini proqnozlaşdırır: "Yaxın bir il ərzində 3,75 TRY/USD səviyyəsinin orta məzənnə olacağı ehtimal edilir".
Paylaş: