Xəbər lenti

 ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində yerləşən (BƏƏ) “Əl-Dafra” aviabazasında xidmət keçən pilotlar “Avieyşn Vik” nəşrinə maraqlı açıqlamalar veriblər.

Axar.az xəbər verir ki, amerikalıların sözlərinə görə, ABŞ istehsalı olan modern F-22-lər 30 il əvvəl SSRİ-də istehsal edilən və hələ də Rusiyanın istifadə etdiyi qırıcılar qarşısında zəif nəticə göstərir:

“Bizim F-22-lər “dost-düşmən”i müəyyən edən optik sistemlə təchiz edilməyib. Üstəlik, “Link-16” xəbərləşmə sistemi də yoxdur. Yəni, Rusiya istehsalı olan təyyarə qarşımıza çıxdıqda bunun Putinin, yoxsa Bəşər Əsədin olduğunu müəyyən edə bilmirik. Suriyada F-22-nin pilotu olmaq rəsmən kabusdur.

Model olaraq ruslar köhnə MİQ-31-lərdən istifadə etsə də, bu qırıcıların daxili təchizatı tamamilə modernləşdirilib. 1981-ci il istehsalı olan MİQ-lər saatda 3 min 500 km-ə qədər sürət yığmaq imkanına sahibdir. Lakin amerikalıların F-15-ləri saatda 3 min km qədər çətinliklə sürət yığır. Belə olan halda da bizim MİQ-lərə çatmağımız mümkünsüzdür”.




Ana səhifəyə qayıt        Baxış: 494          Tarix: 26-11-2017, 09:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma