Xəbər lenti

"Samsung Electronics" şirkəti növbəti nəsil qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" smartfonlarını 2018-ci il yanvarın 9-12-də Las-Veqasda keçiriləcək "CES 2018" sərgisində nümayiş etdirə bilər.

 Bu barədə sahə üzrə ixtisaslaşan "VentureBeat" nəşri məlumat yayıb. Məlumata görə, yeni modellərin nümayişi ilə bağlı rəsmi tədbir "Galaxy S8" və "S8+" smartfonlarının ənənəsinin davamı olaraq, 2018-ci ilin martına planlaşdırılır.

Yeni smartfonlarının dizaynı əvvəlki modellərlə müqayisədə dəyişməz qalacaq. Ekranlar da dəyişməyəcək - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.

Tək və ya qoşa kameradan asılı olmayaraq, hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında yerləşməklə, şaquli şəkilli olacaq.A//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 538          Tarix: 26-11-2017, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma