ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın At-Tanfa rayonunda hökümətyönümlü qüvvələrə yenidən zərbə endirib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koalisiyanın məlumatında bildirilir ki, “iyunun 6-da ölkənin cənubunda yaradılan təhlükəsiz zonanın daxilində Suriya rejimini dəstəkləyən əlavə qüvvələr məhv edilib”.
“Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejimi dəstəkləyən qüvvələr təhlükəsiz zonaya daxil olublar. Söhbət At Tanfa qarnizonunda olan koalisiya və tərəfdar qüvvələrə təhlükə yaradan tank, artilleriya, havadan müdafiə vasitələri, üzərinə silahlar quraşdırılmış texniki avtomobillər və 60-dan çox hərbçidən gedir”, - deyə məlumatda bildirilir.
“Koalisiya bir neçə dəfə xəbərdarlıq etdikdən sonra iki ədəd artilleriya qurğusu, bir ədəd havadan müdafiə silahı və tankı məhv edib”, - deyə məlumatda qeyd olunur.
Məlumatda koalisiya qüvvələrinin artıq bir neçə aydır At Tanfada olduğu, yerli suriyalılara İŞİD-lə mübarizə üçün təlim keçdiyi qeyd olunub.
Koalisiya Suriya hökuməti ilə müharibə aparmaq istəmədiyini, lakin lazım gələrsə özünü qoruyacaq.
“Koalisiyanın Suriya rejimi və rejimyönümlü qüvvələrlə müharibə aparmaq niyyəti yoxdur, lakin rejimyönümlü qüvvələr təhlükəsiz zonanı tərk etməkdən imtina edərsə, özünüzü qorumağa hazırıq”, - deyə məlumatda bildirilir və Suriyanın cənubundakı qüvvələrə İŞİD-lə mübarizədə birləşməyə dair çağırışı elan edilib.
Paylaş: