Xəbər lenti

ABŞ prezidenti Donald Trampın məsləhətçiləri ona Rusiya ilə bağlı məsələlərə nadir hallarda toxunmağı məsləhət görüblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yüksək vəzifəli məmurlara istinadən NBC telekanalı bildirib.

Məsləhətçilər Trampa öz mövqelərini möhkəmləndirmək üçün Rusiya məsələsinə az vaxt ayırmağı xahiş edirlər. Mənbələrin məlumatına görə, məsləhətçilər buna qismən nail ola biliblər. Məsələn, Tramp ötən həftə Ayova ştatında çıxışı zamanı Rusiyanı yada salmayıb. Amma dünən özünü saxlaya bilməyən prezident Tvitter hesabında demokratlara yönəlik mesaj yazıb.

“Yeri gəlmişkən, əgər Rusiya 2016-cı ildə seçkilər üzərində fəal işləyirdisə, bütün bunlar Obama administrasiyasının dövründə baş verirdi. Onlar niyə Rusiyanı dayandırmadılar?” – o qeyd edib.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

 




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 23-06-2017, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma