Donald Tramp administrasiyası prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsinin araşdırılması ilə bağlı xüsusi qrup yaradıb.
Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jornal” məlumat yayıb.
Trampın müşavirlərinin Rusiya ilə əlaqələrinin də aşkara çıxarılması üçün vəkil, analitik və ictimaiyyətlə əlaqələr üzrə eskpertlərdən ibarət təhqiqat qrupu fəaliyyətə başlayacaq. Belə ki, bundan sonra Ağ Ev rəsmilərinin Rusiya ilə bağlı məsələlərdən müəyyən qədər azad olacaqları bildirilib.
Xatırladaq ki, Rusiyanın ABŞ-da 8 noyabrda baş tutan prezident seçkilərinə müdaxilə etməsi iddiası uzun müddət mətbuatın gündəmini zəbt etmişdi.
Bundan əlavə, Trampın kürəkəni Cared Kuşner də Rusiya səfiri Sergey Kislyakla görüşdüyünə görə FTB
tərəfindən sorğu-sual edilmişdi
Paylaş: