Xəbər lenti

“ZINOO” elmi mərkəzinin mütəxəssisləri Latviyanın adını kosmik dövlətlər siyahısına daxil etməyi planlaşdırırlar.

“ZINOO” elmi mərkəzinin mütəxəssisləri Latviyanın adını kosmik dövlətlər siyahısına daxil etməyi planlaşdırırlar.

Оnlar ilk raketi artıq 2018-ci ildə Latviyanın 100 illiyi münasibətilə buraxmaq niyyətindədirlər.

Raket mühəndisi və konstruktoru Andrey Pukitis deyib: “İndi biz oyuncağa bənzəyən kiçik raketlər buraxırıq. Biz bu növ raketlər düzəldən ilk mütəxəssislərik və həmkarımla birlikdə Baltik regionunda yeganə ixtisaslaşmış mütəxəssislərik ki, çox güclü raketlər hazırlamağımıza icazə verilib”.

Sonrakı raket sınaqlar zamanı artıq üzüyuxarı 50 kilometr, daha sonra 100 kilometr məsafə qət edəcək ki, bu da kosmosun rəsmi sərhədi sayılır.

“ZINOO” elmi mərkəzinin mütəxəssisləri qeyd edirlər ki, hazırda şaquli xətt üzrə 100 kilometr məsafəni qət edə bilən raketləri yalnız 19 ölkədə inşa etməyi bacarırlar.//ФЯЭКЕФС




Ana səhifəyə qayıt        Baxış: 295          Tarix: 29-11-2017, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma