Rusiya ABŞ və Cənubi Koreyanı bölgədə hərbi təlimlərdən imtina etməyə çağırıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının fövqəladə iclasında söyləyib.
Eyni zamanda V.Nebenzya rəsmi Pxenyanı raket və nüvə silahlarının sınaqlarına son qoymağa çağırıb.
“Biz ABŞ və Cənubi Koreyanı dekabr ayında hərbi təlimlərdən imtina etməyə çağırırıq. Şimali Koreyanın Təhlükəsizlik Şurasının qətnaməsini yenidən pozması təəssüf doğurur. Təəssüf ki, Koreya yarımadasında vəziyyətin normallaşdırılması perspektivləri hələ də görünmür”, deyə Rusiya təmsilçisi qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Ötən gün Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib.
Paylaş: