![](/templates/Wmediat51/images/vetendash.jpg)
Milyarder Mark Tsukerberq
Viktoriya Nikiforova
vzqlyad.ru, 30.11.2017
Facebook-un qurucusu siyasi müşavirlər tutur və Amerikaya milyarderlərin hesabına sosializm qurmağı təklif edir. Mətbuat şübhələnir ki, bu, Mark Tsukerberqin öz namizədliyini müvəffəqiyyətə yaxşı şansla ABŞ prezidentliyi postuna sürmək istəyi ilə bağlıdır. Lakin onun seçilməsi dollar və milli dövlət ideyası üçün faciə olardı.
Facebook-un qurucusu bütün 2017-ci ildə özü üçün tamamilə qeyri-adi siyasi addımlar atıb. Mayda Harvardda “Amerikanı necə quraq” mənasına gələn çıxış edib. İlin əvvəlində bildirib ki, Amerikanın hələ olmadığı 30 ştatına səfər etməyi planlaşdırır. Milyadrerin bu zaman Donald Trampın seçiciləriylə, “tiryək epidemiyası”nın qurbanları və azyaşlı dustaqlarla görüşdüyü sənayesizləşdirilmiş “paslı zolaq” onun üçün xüsusi maraq ifadə edib.
Mark Tsukerberq və arvadı Pristsilla Çan hələ yayda Vaşinqtonda sanballı siyasi məsləhətçilər ştatı tutublar. Devid Poluf Barak Obamanın prezident kampaniyasının təşkilstçıları sırasında olub. Coel Benenson Obambnın müşaviri işləyib və Hillari Klintonun qərargahında strategiyaya sorumlu olub. Ken Melman kiçik Corc Buşun yenidən seçilməsi üzrə kampaniyaya rəhbərlik edib. Onların hamısı indi Tsukerberqə işləyirlər. Bununla yanaşı, o, öz turnesini işıqlandırmaq üçün Çarlz Ommanini – Obama və Buşun prezident kampaniyalarının rəsmi fotoqrafını dəvət edib.
Mark Tsukerberq öz xanımı Çanla
Facebook başçısı paralel olaraq ciddi-cəhdlə özünün ideal evdar obrazını sərgiləyir. Onun rəsmi çıxışlarından heç biri arvadı və qızını xatırlatmaqdan yan keçmir. Bütün bu özünüreklam o qədər qarayaxadır ki, amerikalılar istər-istəməz sual edirlər – dünyanın ən varlı adamlarından biri 2020-ci ildə ABŞ prezidentliyinə nazmidəliyinimi irəli sürmək istəyir? Hətta Tsukerberqin Ağ Ev haqda hələlik düşünmədiyi haqda inandırmaları da tamamilə əksinə qavranılır – düşünür, hesablayır, fəal hazırlıq görür.
Bunu da qeyd etməyinə dəyər ki, Tsukerberq keçən ilin axırında Facebookistifadəçilərini Doğuş və Hanuka bayramları (hanuka: təzələnmə – noyabr-dekabra düşən qədim yəhudi bayramı-tərc.) münasibətilə təbrik edib. Istifadəçilərdən biri onun məlumatını şərh edib: “Məgər siz ateist deyilsiniz?” Tsukerberq cavablandırıb ki, iudaizm inancında tərbiyə olunub, sonra “şübhələr dövrü” yaşayıb, amma indi inanır ki, “din olduqca önəmlidir”.
Tsukerberqin ateizmdən üz döndərməyi liberal dostlarını və xeyli jurnalisti dərindən məyus edib. Amma 2020-ci il prezident kampaniyası nəzərə alınsa, Facebook başçısı çox savadlı davranıb. Amerikalılar dindar millətdir (xüsusən də Qərbin başqa ölkələri fonunda). ABŞ-ın başında hələ heç vaxt ateist olmayıb və özünü Allahdan qorxan göstərmək ən yüksək posta istənilən iddiaçı üçün seçkiqabağı şounun önəmli hissəsidir.
Namizəd Tsukerberqin proqramı artıq hazırdır. O bunu daha tam şəkildə Harvard universitetində may çıxışında səsləndirib. Qarşıdakı robotlaşdırmanın işdən məhrum edəcəyi milyonlarla adamla üz-üzə gəlmək perspektivi milyarderi qorxudur. Buna görə də “həyatda məqsəd əldə etmək” üçün cəmiyyətə hansısa böyük, ehtimal ki, gəlirsiz layihələr düşünmək və onun üzərində birgə işləməyi təklif edir. Bu fəhlə və qulluqçu kütləsini yedizdirməyə isə hər bir amerikalıya mənzil, yemək və tibbi xidmət zəmanəti verəsi baza gəliri kömək edəcək. Bu, məşhur “hər kəsə tələbatına, hər kəsdən bacarığına görə” şüarına çox bənzəyir (marksizm-leninzimin şüarı-tərc.).
Tsukerberq ənənəvi yəhudi libasında
Tsukerberqin üçüncü şüarı – Facebook çərçivəsində, sezmək çətin deyil ki, onun nəzarətində olacaq necəsə bir kürəsəl cəmiyyət qurmaqdır. Burada liberal gündəlik özünü büruzə verir: Tsukerberq öz sosial şəbəkəsinin iki milyard istifadəçisinə daha bir neçə milyardı qatmaq arzusundadır. Lakin bu zaman istəyir ki, bu adamların hamısı onun dəyərlərini – kürəsəlləşmə, açıqlıq, avtoritarizmlə, özünütəcrid və millətçiliklə mübarizəni bəyənsinlər. Yəni, onun niyyətinə görə, bütün dünya vətəndaşları transmilli kapitalın tərəfində öz milli dövlətlərinə qarşı çıxmalıdırlar.
Tsukerberqə əsasən, bütün vətəndaşların ehtiyacsız yaşadığı və böyük layihələrin üzərində ilhamla çalışdıqları gələcək gözəl görünür və kommunizmin yeni versiyasını xatırladır. Amma onu necə qurmalı? Facebook yaradıcısı bu suala belə cavab verir: “Hər şeyin pulunu mənim kimi adamlar ödəyəcəklər”. Yəni işarə vurur ki, ümumi çiçəklənmə cəmiyyətinə onun özü və Bill Geyts tipli milyarderlər sponsorluq edəcəklər. Düzdür, mühafizəkar gündəmi dəstəkləyən neftçi Kox qardaşları kimi səxavətli görünməyən qeyri-mütərəqqi milyarderlərin bu attraksiona qatılmağa razılaşıb-razılaşmayacağı aydın deyil.
Amerika iqtisadçılarında qorxu var ki, baza gəliri inflyasiyanı aradan qaldıra bilər. Milyarderlər bu zamana doğru asanlıqla bitkoinə və yaxud köhnə, keyfiyyətli qızıla keçər, sıravi vətəndaşlar isə əllərindəki dəyərsizləşmiş yaşıl kağızlarla qalarlar. Bu zaman baza gəliri Böyük Depressiya dövründəki kimi pulsuz şorba forması alar.
Hər halda belə bir şey baş verməsə, fərqi yoxdur, baza gəliri yoxsullarla varlılar arasındakı uçurumu azaltmayacaq. O bunu ancaq böyüdəcək, axı yoxsullar ödənişin əvəzində Amerika dövlətinin hazırda tətbiq etdiyi dəstək tədbirlərinin hamısından – ərzaq talonu, işsizliyə görə müavinət, tibbi sığorta, mənzil subsidiyasından imtina etməli olacaqlar.
Aparıcı iqtisadçıların bu il Çikaqo universitetində apardığı sorğu göstərib ki, 40 mütəxəssisdən yalnız biri baza gəliri ideyasını sözsüz dəstəkləməyə hazırdır. Ekspertlərin çoxu bu ideyanınn risklərini qəbuledilməz sayıb.
Tsukerberqin geniş xeyriyyəçiliyi də şübhələr doğurur. Yarımtrilyon dollar dəyərində şirkətin sahibi ABŞ-da korporativ vergini ödəsəydi, artıq bu gün öz ölkəsinin iqtisadiyyatına yardım edə bilərdi, amma əvəzində Facebook-un mənzil qərargahını Dublində qeydə aldırıb. İrlandiya dünyanın transmilli korporasiyaları üçün ofşor kimi məşhurlaşıb. Orada xarici firmalar üçün vergi formalcasına 12,5% təşkil edir, lakin AB-nin özəl komissiyasının araşdırma materiallarından nəticə çıxır ki, internet nəhəngləri Avropa büdcəsinə öz mədaxillərinin 0,005%-dən 1%-ə qədərini ödəyir. Facebook Amerika büdcəsinə ümumiyyətlə heç nə ödəmir.
Və başlıcası: amerikalıların iş yerləri robotlaşdırmadan çox internet korporasiyalarının fəaliyyəti üzündən yox olur. “Amazon” xırda reteylerləri (malın istehlakçıya pərakəndə satışı-tərc.) məhv və satıcıları işdən məhrum edir. “Airbnb” bütün xidmət heyətiylə bərabər mehmanxanaları müflisləşdirir. İnternet nəhəngləri artıq indidən milyonlarla adamı işsiz qoyur, amma bununla yanaşı, yeni peşələr yaradır.
Tsukerberqin proqramı hələlik iqtisadi böhran nəzərə alınmaqla yüngülcə yenilənmiş kürəsəlçiliyi, korporasiyaların mütləq hakimiyyəti və milli dövlətlərə nifrətiylə liberal gündəlikdir.
Son zamanlar Facebook-un liberal mətbuatla çəkişmələri baş verir. Şirkət menecerlərini hətta bunda ittiham edirlər ki, sirli rus hakerlərindən pul götürüblər, onlar isə bir neçə postla və bot ordusuyla (bot: robotun ixtisar forması – avtomatik və ya verilmiş cədvəl üzrə adamlar üçün nəzərdə tutulmuş hansısa fəaliyyəti çatdıran özəl internet proqramı-tərc.) Amerikanın yarısını Donald Trampa səs verməyə inandırıblar. Lakin bu qalmaqal Tsukerberqin özünə praktik olaraq toxunmayıb. Onun Demokratik Partiya isteblişmenti ilə əlaqələri sabit və qarşılıqlı şəkildə əlverişlidir. Demək yetər ki, Facebook-un əməliyyat direktoru Hillari Klintonun köhnə rəfiqəsi Şeril Sendberqdir.
56 milyard dollar sərvəti olan adamın seçkiqabağı kampaniyaya 897,7 milyon dollar xərcləmiş Hillari Klintonun rekordunu qırmaq heç nədir. Nəhəng sosial şəbəkə sahibinə isə on milyonlarla seçici arasında eyni zamanda təbliğat aparmaq xüsusən asandır. Tsukerberq 2020-ci il prezident qovğasına qatılmağa cürət etsə, bütün bu göstəricilər onu şərtsiz favorit edər. “Guardian”-dan Con Harris sual edir: “Amma o özünün təkəbbürlü arzusunu belə də kürəsəl gerçəklik edə bilərsə, prezidentliklə bağlı bu cəfəngiyyat onun nəyinə lazım?”
Tərcümə Strateq.az-ındır.
Paylaş: