Xəbər lenti

 

“Facebook”un yaradıcısı Mark Zukerberq Hillari Klintonun seçki kampaniyasının baş strateqi olmuş Coel Benensonu özünə məsləhətçi təyin edib.
Ovqat.com xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat yayıb. C.Benenson ictimai rəy üzrə (PR) mütəxəssisdir. O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşavirlərindən biri olub. C. Benensonun şirkəti “Chan Zuckerberg Initiative” xeyriyyə fondu üçün tədqiqatlar aparacaq.
Lakin bu təyinatı M. Zukerberqin prezident seçkilərinə hazırlığı kimi qiymətləndirənlər də olub. Bir müddətdir “Facebook” rəhbərinin ABŞ-dakı növbəti prezident seçkilərində demokratların namizədi ola biləcəyi barədə iddialar dolaşır. (Lent.az)




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 3-08-2017, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma