Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına getməsi üçün bir sutka vaxt verilib.
“Ria Novosti”-nin verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.
Onun sözlərinə görə, əks halda, hüquq-mühafizə orqanları Saakaşviliyə qarşı güc tətbiq edəcəklər.
Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.
APA-nın məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.
Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.//Qafqazinfo
Videoya baxmaq üçün tıkla:
https://www.facebook.com/SaakashviliMikheil/videos/1771225642907809/
Paylaş: