Xəbər lenti

                                                     

İsrail hərbçiləri raket atəşinə cavab olaraq “Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Fələstindən atılan raketə cavab olaraq, İsrail müdafiə ordusunun tank və aviasiyası Qəzza zolağının cənubundakı “Həmas”ın hərbi postlarını atəşə tutub”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Qəzzadan İsrail ərazisinə bir neçə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.//APA




Ana səhifəyə qayıt        Baxış: 700          Tarix: 11-12-2017, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma