Xəbər lenti
Dünən, 21:48
Dünən, 19:44
Dünən, 18:40
Dünən, 15:00
Dünən, 13:09
18-11-2025, 23:30
18-11-2025, 22:51
18-11-2025, 22:00
18-11-2025, 21:00
18-11-2025, 19:10
18-11-2025, 18:53
18-11-2025, 16:36
18-11-2025, 15:20
18-11-2025, 14:18
18-11-2025, 13:30
18-11-2025, 11:30
18-11-2025, 10:05

OPEC ölkələrinin noyabr ayında neft hasilatı 0,3 mln. barel/gün və ya 0,9% azalaraq 32,48 mln. barel/günə geriləyib.
"Report" xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinin araşdırmalarına əsasən verilib.
Araşdırmada bildirilir ki, göstərici Anqola, İraq, Nigeriya və Venesuelada hasilatın geriləməsi səbəbindən azalıb: "OPEC-in noyabr ayında hasilat həcmi OPEC+ anlaşmasında etalon kimi qəbul edilən 2016-cı ilin oktyabr səviyyəsi ilə müqayisədə 1,298 mln. barel/gün aşağı olub. Həmçinin, noyabrda hasilat həcmi OPEC+ anlaşması üzvlərinin qəbul etdiyi öhdəlikdən də 134 min barel/gün az olub. Bununla da, noyabr anlaşması üzrə öhdəliyə 112% əməl edilib. Qeyd edək ki, oktyabr ayında bu göstərici 92% təşkil edib".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























