Mayın 5-də Kişinyovda Türkiyənin baş naziri Binali Yıldırım və Moldovanın baş naziri Pavel Filipin iştirakı ilə Moldovada Türkiyə səfirliyinin binasının rəsmi açılış mərasimi keçirilib.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, tədbirdə Moldova və Türkiyə rəsmiləri, türk və azərbaycan iş adamları iştirak ediblər.
Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç qonaqları salamlayaraq tədbirə qatılanları əlamətdar hadisə ilə təbrik edib. Baş nazir Binali Yıldırım çıxışında qeyd edib ki, Türkiyənin dünyanın 236 ölkəsində rəsmi nümayəndəlikləri mövcuddur və bu göstəriciyə görə ölkə dünyada 6-cı yeri tutur.
Moldovanın baş naziri Pavel Filip çıxışında bildirib ki, Moldova və Türkiyə möhkəm münasibətlərə malikdir. Açılış mərasimindən sonra Türkiyənin baş naziri Binali Yıldırımın türk və azərbaycan iş adamları ilə görüşüb.
Qeyd edək ki, Türkiyənin baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Moldovada rəsmi səfərdədir.
Paylaş: