Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkənin Baş naziri postuna iddi edir.
«Yeni qüvvələr birliyi» partiyasının lideri bildirib ki, onun planı var – Baş nazir postunda olduğu müddətdə ölkədə uğurlu islahatlar aparmaq planı.
Saakaşvili bildirib ki, Ukrayna hökumətinə rəhbərlik etməyə qarşı deyil. O, bir sıra Ukrayna KİV-nə danışıb ki, əlində özü hazırladığı strategiya var – Baş nazir postunda çalışarkən, 70 gün ərzində Ukraynada uğurlu islahatlar aparmaq planı. Onun planında dövlət aparatının 2/3 nisbətdə ixtisarı da yer alıb. “Müəyyən səbəblərə görə prezident ola bilmərəm. Həmçinin uzun müddət Ukrayna siyasətində qala bilmərəm. Çünki yenidən bu ətalətə qarışmaq istəmirəm. Mənə daha yaxşı gələcək üçün sıçrayış lazımdır. Sonradan Ukrayanda adi vətəndaş kimi qalardım.”
Baş nazirlikdən sonra Saakaşvili Odessanın meri olmaq arzusunu da dilə gətirib.
«Əgər uğurlu Baş nazir olsam, sonradan Odessaya gedib, oranın meri olmaq istəyirəm. Mən, zarafat etmirəm. Mən, Odessanı qaldırmaq istəyirəm» – deyə, Saakaşvili qeyd edib.//AzPolitika.info
Paylaş: