Xəbər lenti

                       

Rumınyada metroda dəhşətli hadisə baş verib.

Haberler xəbər verir ki, 36 yaşlı Magdalena Serban adlı qadın Alina Ciucuadlı 25 yaşlı qızı qatarın altına atıb. Qatarla platforma arasında qalan Alina can verib. Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına düşüb.

Buxarestdə baş verən hadisə görənləri dəhşətə gətirib. Belə ki, Alinanı relslərin üzərinə atan qadın o, çıxmağa çalışarkən təpikləyərək yenidən qatarın altına atıb.

Qeyd edək ki, qadınların ikisi də Dolj şəhərindəndir. Onlar Buxarestdə yaşayıblar. Cinayət törədən şəxs tutulub. Onu qısa zamanda saxlayan polislər mükafatlandırılıblar. Qadının psixoloji vəziyyəti müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.//Milli.az

 

Metroda dəhşətli anlar - Qadın 25 yaşlı qızı qatarın altına atdı




Ana səhifəyə qayıt        Baxış: 355          Tarix: 16-12-2017, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma