Xəbər lenti

  İsrail ordusunun təyyarəsi “HƏMAS”-ın Qəza sektorunun şimalında yerləşən təlim düşərgəsinə hava zərbələri endirib. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, hava zərbələri İsrail ərazilərinə ötən gün atılan raket atəşinə cavab olaraq həyata keçirilib. “HƏMAS”ın təlim düşərgəsinin ərazisində üç obyekt dağıdılıb, daha bir neçə infrastruktur elementi məhv edilib.

İsrail ordusunda qeyd ediblər ki, Qəza sektorundan həyata keçirilən bütün neqativ hallara “HƏMAS” məsuliyyət daşıyır. Xatırladaq ki, bazar günü axşam Qəza sektorundan buraxılan 2 raket İsrailin cənubunda Xof Aşkelon ayalətinin ərazisinə düşüb.  




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 18-12-2017, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma