Xəbər lenti

 ABŞ-ın Noksvil şəhərində (Tennessi ştatı) yüngülmotorlu təyyarə yerə çırpılıb.

 APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan 3 nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir. 

 Hadisə zamanı iki minik avtomobilinə ziyan dəyib. Qəzanın səbəbləri hələ ki, məlum deyil. ABŞ Mülki Aviasiya İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar.




Ana səhifəyə qayıt        Baxış: 415          Tarix: 21-12-2017, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma