Xəbər lenti

"Miqrasiya məsələsi BMT Baş Assambleyasının gələnilki fəaliyyətinin prioritet istiqamətlərindən biri olacaq".

"Report" xəbər verir ki, bunu Baş Assambleyanın 72-ci sessiyasının sədri Miroslav Laycak BMT-nin qərargahında təşkil edilən yekun mətbuat konfransında bildirib.

O deyib ki, Baş Assambleyanın 72-ci sessiyası işinin əsas hissəsini yekunlaşdırıb. Sədr qeyd edib ki, bu müddət ərzində assambleyanın əsas komitələri tərəfindən 200-dən çox qətnamə təsdiqlənib. Onların əksəriyyəti Baş Assambleyanın plenar iclasında qəbul olunub.

M.Laycak qurumun növbəti il üçün fəaliyyətinin prioritetlərini də açıqlayıb. Onun sözlərinə görə, 2018-ci ildə digər mühüm istiqamət dünyadakı münaqişələrin həlli və sülh quruculuğu olacaq.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri həmçinin inkişafın maliyyələşdirilməsi ilə bağlı konfrans keçirməyi planlaşdırdığını açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 21-12-2017, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma