Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Bir müddət əvvəl İranın Daxili İşlər Nazirliyi 19 mayda keçiriləcək prezident seçkilərinin qeydiyyatdan keçən namizədlərinin açıqladı. Məlum oldu ki, namizədlər 6 nəfər olacaq.
Bəs, bu namizədlər kimlərdir?
Ovqat.com “ələkdən” keçə bilən həmin şəsxlərin kiçik bioqrafiyasını oxucularla bölüşür.
1.Adı Ruhani, özü hüquqşünas
Təsdiqlənən isimlər arasında dünyada ən çox tanınan adam, heç şübhəsiz, vəzifəsi bitməkdə olan indiki prezident Həsən Ruhanidir. Məsləkcə hüquqşunas olan Ruhani ötən il dünyanın böyük dövlərləriylə imzaladığı “nüvə sazişini davam etdirmək və beynəlxalq sanksiyaların aradan götürülməsilə başlayan iqtisadi islahatlar” şüarlarıyla növbəti dəfə prezidentlik kürsüsündə əyləşməyə çalışır. Karyerasına Rejimin Faydasının Diaqnozu Şurasının üzvü, Mütəxəssislər Məclisinin üzvü, Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi və Strateji Araşdırmalar mərkəzi sədri kimi önəmli vəzifələr yazdırmağı bacaran Ruhani seçkilərdə öz reytinqinə güvənir.
2.“Ayətullahi-qətliam
”Seçki platformasında əxlaq və iqtisadi inkişaf məsələlərini önə çıxaran Ayətullah Seyyid İbrahim Rəisi isə Müqəddəs Rəzəvi Külliyəsinin rəhbəri vəzifəsiylə Ruhaninin ən əhəmiyyətli rəqibi kimi ortaya çıxıb. Ayətullah Rəisi mühafizəkar qanadın əsas namizədidir və zənnimizcə, onun haqqında ən gözəl dəyərləndirməni Türkiyənin “Yeni Şafak” qəzetinin əməkdaşı Mehmet Koç verib. Müəllif öz yazısında bildirib: “Rəisi iyirmi üç yaşında ikən, Tehran İnqilab Baş prokuroru vəkili olaraq təyin edilib və müvəffəqiyyəti ilə Ayətullah Xomeyninin diqqətini çəkib. 1987-ci ildə ona bəzi əyalətlərin məhkəmə problemlərini həll etmək üzrə xüsusi vəzifələr tapşırılıb.
Rəisinin ən mübahisəli vəzifəsi isə Xomeyninin təlimatıyla 1988-ci ildə həbsdəki müxaliflərin edam qərarını vermək üçün yaradılan və müxaliflər tərəfindən "Ölüm komitəsi" kimi tanınan dörd nəfərlik komitədə yer almasıdır. Bu vəzifəsi Rəisinin “Ayətullah-i qətliam” ("Qırğın Ayətullahı") kimi tanınmasına səbəb olub.
Onun verdiyi edam qərarlarının sayı, rəsmi statistikada 3-4 min ətrafında göstərilsə də, müxaliflərə görə, 30-40 min civarındadır. Həmin komitə sonralar ayətullah Müntəzərinin "tarix sizi insanlıq cinayəti işləyən canilər kimi xatırlayacaq" qınağına tuş gəlib”.
3. Bələdiyyə sədrindən Prezidentliyə-İranın Ərdoğanı olmaq istəyən adam
Tahranın bələdiyyə sədri olan Məhəmməd Baqir Galibaf isə şəhərsalma sahəsində ortaya qoyduğu rəhbərlik təcrübəsinə güvənərək hökumətin iqtisadi sahəsindəki qeyri-kafi siyasətlərini tənqid atəşinə tutur və bu sahədə fundamental dəyişikliklər edilməsi lazım olduğunu bildirir. Əvvəllər İran polisinə rəhbərlik edən Galibaf idarəçilik təcrübələrindən yararlanıb prezident kürsüsünə yiyələnmək istəyir.
4. Ruhaninin Şahin Mustafayevi
Prezident Ruhaninin birinci müavini İshaq Cahangir Ruhaniyə yaxınlığıyla tanınır. Mədən və Sənaye Nazirliyində də vəzifə tutan Cahangir hökumətin həyata keçirdiyi bütün tətbiqləriylə əlaqədar ətraflı statistik məlumatlara sahib olduğundan, prezident kürsüsünə o qədər uzaq görünmür.
5. İranın İslam İnqilabının “91-i”
Uzun müddət yüksəksəviyyəli siyasət sahəsində fəal mövqe tutmasa da, İslami İttifaq Partiyasının nümayəndəsi olan Seyyid Mustafa Mir Səlim İslam İnqilabının ilk nəsil rəsmilərindən biridir. İşçi paltarıyla qeydiyyatdan keçmək üçün Daxili İşlər Nazirliyinə ayaq basan Mir Səlimin ilk hədəfi iqtisadi sahədəki çatışmazlıqlar aradan qaldırmaq olacaq. Daha əvvəl İslami İrşad və Mədəniyyət Nazirliyi və Daxili İşlər Nazirliyi siyasi və ictimai İşlər müavini vəzifələrində işləyib. Mir Səlim də hazırda prezident Ruhani kimi Rejimin Faydasının Diaqnozu Şurasının üzvüdür.
6. İdmançı hara, Prezident hara?
Digər namizəd Mustafa Haşimi Taba isə əsl idmançı havasında olan mütəxəssisdir. İslahat hökumətində Bədən tərbiyəsi təşkilatının sədri olan Haşimi Taba Mədən və Sənaye Nazirliyində əldə etdiyi təcrübələrini də hesaba qataraq, 12. hökumətin başına keçməyi planlaşdırır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar