Xəbər lenti

                                           

Cənubi Koreya (CK) hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə heç bir ilkin şərt irəli sürmədən dialoq aparmağa hazır olduğunu bildirib. Bu barədə Cənubi Koreyanın «birləşmək işləri üzrə» naziri xanım Ço Men Gün bəyan edib («YTN) telekanalı).
«Əgər biz, Şimali Koreya ilə danışıqlar apara bilsək, bizi narahat edən məsələlərdən, səmimi qəlbdən və ilkin şərt olmadan danışmağı arzulayırıq» – xəbərdə deyilir.
Onun sözlərinə görə, Seulun hədəf–KXDR ilə münasibətləri yaxşılaşdırmaqdan ibarətdir ki, son nəticədə Şimali Koreyanın nüvə problemini həll etmək mümkün olsun.
Bundan əvvəl xəbər verilmişdi ki, KXDR-nın lideri Kim Çen In ölkəsini Amerika Birləşmiş Ştatları (ABŞ) üçün ciddi nüvə təhlükəi ola biləcək strateji güc adlandırmışdı.//AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 722          Tarix: 22-12-2017, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma