Xəbər lenti

                                              

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson bəyan edib ki, ölkəsi Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə danışıqlar masası arxasına oturmağa hazırdır.
Dialoqda Vainqtonun başlıca məqsədi Koreya yarımadasının denuklearizasiyasıdır.
Atlantik şurasında çıxvş edən Tillerson qeyd edib ki, Ağ ev KXDR hakimiyyəti ilə heç bir ilkin şərt irəli sürülmədən görüşməyə hazırdır. O, Şimali Koreyanın nüvə-raket proqramından imtina etməməsini qınayaraq, əlavə edib ki, hər iki tərəf təkcə danışıqlarla kifayətlənməməli və birgə fəaliyyət planı hazırlamalıdır.
Dövlət katibi həm də əmin edib ki, Vaşinqton KXDR haimiyyətini dəyişmək üçün yollar aramır və Şimali Koreyaya zərbə endirməyə can atmır.
Tillerson Pxenyana qarşı saksiya rejiminin dəstəklənməsidə Rusiya və Çinin mühüm rolunu da qeyd edib. O, diqqəti belə bir məqama yönəldib ki, ənənəvi olaraq həmişə Şimali Koreyanı dəstəkləyən hər iki tərəf, Birləşmiş Millətlər Təşkilarının (BMT) qətnamələrinə qoşulub, çünki onlar Şimali Koreya tərəfdən qaynaqlaran təhlükəni görürlər.
Bununla yanaşı, dövlət katibi Moskva tərəfindən buraxılan pozuntuları da diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Rusiyada 35 min nəfər Şimali Koreyalı işləyir. Tillersona görə, bu, həddindən artıq çoxdur.//AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 13-12-2017, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma