Ukrayna prezidenti Pyotr Poroşenko ümid etdiyini bildirib ki, ABŞ-ın ardınca Avropa Birliyi ölkələri və digər dövlətlər də Ukraynaya öldürücü müdafiə silahlarının verilməsi haqqında qərar qəbul edəcəklər.
Strateq.az UNİAN-a istinadla xəbər verir ki, Poroşenko bu barədə Odessa vilayətinə işgüzar səfəri zamanı danışıb.
Prezident deyib: “Bir neçə gün bundan əvvəl, bizim ABŞ-dan olan müttəfiqlərimizlə danışıqlardan sonra, nəhayət, Ukraynaya müdafiə silahlarının verilməsi haqqında tarixi qərar qəbul edildi. Bu, bizim dünyada ən yaxşı olan hərbçilərimizə öz doğma torpaqlarını daha səmərəli şəkildə müdafiə etməyə imkan verəcək”.
“Biz bu qərarı çox uzun müddətdir ki, gözləyirdik, çünki ABŞ-ın həmən ardınca digər dövlətlər də gələcək. Kanada – artıq Xarici işlər naziri Xristya Frilənd məlumat verib ki, biz əməkdaşlığımızı genişləndiririk, Avropa Birliyi, dünya ölkələri… Bu, çox mühümdür, yeni il öncəsi bizə böyük hədiyyədir” – deyən Poroşenko, öz inamını bildirib.
UNİAN xatırladıb ki, Ukrayna hökuməti tank əleyhinə daşınan “Javelin” raket komplekslərinin (TDRK) verilməsini dəfələrlə ABŞ-dan xahiş edib.
22 dekabr 2017-ci il tarixdə “ABC News” televiziya kanalı ABŞ Dövlət Departamentindəki çoxsaylı mənbələrə istinadla, məlumat verdi ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya tank əleyhinə raketlərin satılması planının onun tərəfindən bəyənilməsini elan edəcək. Müdafiə paketinin ümumi dəyəri 47 milyon dollar olacaq. Oraya 210 tank əleyhinə raket və 35 buraxılış qurğusu daxil ediləcək.
Bununla birlikdə, Dövlət Departamentində bəyan ediblər ki, ABŞ Ukraynanı “gücləndirilmiş müdafiə potensialı” ilə təmin edəcəkdir. Qərar, ABŞ-ın Ukraynanın öz ərazi bütövlüyünü müdafiə etməsinə dəstəyə və “təcavüzün bundan sonra qarşısının alınmasına” yönəlmiş səylərinin bir hissəsidir.
Dövlət Departamentində məhz necə “gücləndirilmiş müdafiə potensialı”ndan söhbət getdiyini isə dəqiqləşdirməyiblər.
Ağ evin Ukraynaya Rusiya müdaxiləsindən müdafiə olunması üçün silah verilməsi haqqında qərarı barədə informasiyanın yayılmasından sonra RF XİN bəyan edib ki, ABŞ sərhəddi keçib və “müharibəni qızışdırır”.
Paylaş: