ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Uill Xörd bildirib ki, Ukraynaya ölümcül silahın verilməsi haqqında qərar yaxın vaxtlarda qəbul ediləcək.
“Mən hesab edirəm, daşınabilən tank əleyhinə raket kompleksləri "Cavelin" Ukraynaya Rusiya təcavüzündən müdafiənin təminatı üçün lazımdır", - deyə "Qromadske" nəşrinə müsahibəsində Xörd bildirib.
Publika.az xəbər verir ki, o, həmçinin Tramp administrasiyasının bir sıra digər məsələlərlə bağlı mövqelərini də təkrar gözdən keçirdiyini qeyd edib.
"Ukraynaya uçan silahların çatdırılması məsələsini müdafiə naziri Ceyms Mettis və milli təhlükəsizlik üzrə məsləhətçi Herbert Makmaster qaldırmışdı. Düşünürəm ki, uçan silahların verilməsi haqqında qərar artıq tezliklə qəbul ediləcək", - Xörd əlavə edib.
Daha əvvəl Ukrayna Baş qərargahının rəhbəri Viktor Mujenko Vaşinqtona Ukraynanın almaq istədiyi silahların siyahısını vermişdi.
Paylaş: