Rusiyanın RT agentliyi İŞİD terrorçularının Suriyanın Rakka şəhərindən qaçması görüntülərini əldə edib.
Axar.az xəbər verir ki, videogörüntüləri PYD nümayəndələri agentliyə ötürüb. Qruplaşma üzvlərinin bildirdiyinə görə, 3 minə yaxın terrorçu şəhəri tərk edib.
“İŞİD-çilər Deyr əz-Zora yollanıblar. Ondan sonra isə hara getdikləri bəlli deyil. Mən gördüm ki, döyüşçülər avtobus və yük maşınları ilə getdilər. Onlar ailələrini də götürdülər”, - deyə bildirilib.
Digər YGP-çi isə bunları deyib:
“Mən taxıl anbarında işləyirdim. Birdən gördüm ki, İŞİD-çilər şəhəri tərk edir. Onlar çox idi. Lakin biz qorxmurduq”.
Məsələyə münasibət bildirən Livan Universitetinin müəllimi Camal Vakim vurğulayıb ki, sözügedən video ABŞ-ın terrorçulara şəhəri tərk etmək üçün şərait yaratdığını sübut edir.
Paylaş: