Xəbər lenti

 

Azərbaycanda yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşlığı alması proseduru sadələşdirilə bilər.

 Bu barədə qanun layihəsi hazırlanıb. Sənədə əsasən Gürcüstan vətəndaşlığına keçmək proseduru gürcü soyadı daşıyan və özünü gürcü hesab edən immiqrantlar üçün sadələşdiriləcək. Qanun layihəsinin məqsədi Gürcüstanın demoqrafik vəziyyətinin yaxşılaşdırılması və xaricdə yaşayan gürcülərin vətənlərinə qayıtmasına dəstək verilməsidir.

Qanun layihəsinə dair izahatda qeyd olunub ki, Azərbaycan, İran və Türkiyədə yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşı olmaq haqqı var: “Gürcülərin Gürcüstanda azlıq olmaması üçün qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edilməlidir. Son 25 il ərzində 2 milyondan çox həmvətənimiz müxtəlif səbəblərə görə ölkəni tərk edib və onların çoxu digər ölkələrin vətəndaşlığını alıb”.

Sənəddə eyni zamanda, xarici vətəndaşlar tərəfindən Gürcüstan vətəndaşlığının alınması prosedurunun çətinləşdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ötən ilin əvvəlində Gürcüstan əhalisinin sayı 3 718 200 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 2200 nəfər azdır. (APA)




Ana səhifəyə qayıt        Baxış: 1 256          Tarix: 5-01-2018, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma