Xəbər lenti

İran ölkənin daxili işlərinə qarışmaqda ittiham etdiyi ABŞ-dan BMT-yə şikayət edib.

İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru BMT Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına şikayət məktubu ünvanlayıb.

“ABŞ hökuməti nümayişlərə dəstək vermək bəhanəsi ilə anlamsız bir şəkildə İranın daxili işlərinə müdaxilə tədbirlərini gücləndirib. ABŞ prezidenti və vitse-prezidenti çox sayda axmaq tvitlərlə iranlıları provokasiya xarakterli hərəkətlərə təşviq edib”, – məktubda deyilir.

Qeyd edək ki, İranın iri şəhərlərini dekabrın 28-dən başlayaraq etiraz nümayişləri cənginə alıb/Axar.az




Ana səhifəyə qayıt        Baxış: 649          Tarix: 4-01-2018, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma