Xəbər lenti

İranın məhkəmə sisteminin sədri ayətullah Sadiq Amoli Laricani “Narkotik vasitələrlə mübarizə" qanununa bir maddəlik əlavənin icrasına göstəriş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, göstərişə əsasən ölkə üzrə cinayət cəzaları üzrə hakimlər edama məhkum olunmuş şəxslərin barəsində çıxarılan qərarları dayandırmalı və onların işlərinə yenidən baxmalıdır.

Təlimatın icrası üzrə məsuliyyət prokurorlar və baş ədliyyə idarələrinə tapşırılıb.  Ölkənin baş prokuroru bu təlimatın icrasına nəzarət edəcək və 3 aydan sonra bir maddəlik əlavənin icrasına dair öz hesabatını məhkəmə sisteminin sədrinə təqdim edəcək.

Hazırda İran həbsxanalarında saxlanılan məhkumların 42 faizi narkotik vasitələrini istifadəsi və alveri ilə bağlı cinayətlərə görə tutulanlardır. Hazırda  məhbuslardan 5300 nəfəri barələrində çıxarılmış edam hökmünün icrasını gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 10-01-2018, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma