Xəbər lenti

“Əgər düşmənlər 10 və 100 illər ərzində sanksiyalar tətbiq etsələr belə, KXDR çətinliklə üzləşməyəcək”.

AZƏRTAC xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, Şimali Koreya lideri Kim Çen In bu fikri Dövlət Elmlər Akademiyasının alimləri qarşısında çıxış edərkən səsləndirib.

“Ağır sınaq şərtlərində Koreya inqilabının qələbəsinin sirlərindən biri bizim əsas diqqəti elm və texnikanın inkişafına yönəltməyimizdir. “Düşmən” 10 və 100 illərlə sanksiyalar tətbiq etsə belə, müstəqil milli iqtisadi bünövrə, elmi-texniki kadrlar və onların parlaq zəkaları sayəsində biz çətinlik çəkməyəcəyik”, – agentlik KXDR liderindən bu sitatı gətirib.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.




Ana səhifəyə qayıt        Baxış: 577          Tarix: 12-01-2018, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma