ABŞ prezidenti Donald Tramp bəzi Afrika ölkələri və Haitini "zibil çuxuru" olaraq adlandırması iddialarına cavab verərəkən irqçi olmadığını deyib.
"Müsahibə aldığının insanlardan ən az irqçi olan mənəm",-deyə bazar gecəsi qolf oynamağa gedərkən jurnalistlərə müsahibə verən Tramp deyib. Donald Trampın oval ofisdə qaçqınlar haqqında müzakirələr zamanı əsəbləşərək "bu zibil çuxuru ölkələrdən insanları niyə qəbul edirik ?" cümləsini işlətdiyi iddia edilib. "Washington Post" qəzetinin yaydığı xəbərdə Trampın bu cümləni Afrika ölkələri, El Salvador və Haiti haqqında istifadə etdiyi bildirilib.
Tramp iddialardan sonra yazdığı Twitter mesajında "iclasda istifadə etdiyim üslub sərt idi, amma istifadə etdiyim üslub bu deyildi. Əslində, həqiqətən irəli sürülən təklif sərt idi" deyib. Demokratlar partiyasının bəzi üzvləri Trampı bu sözlərinə görə "irqçi" adlandıraraq qınayıb.
BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Colville deyib ki, "təsdiq olunarsa bu ABŞ prezidentinin sarsıdıcı və rüsvayçı şərhidir". Donald Tramp hakimiyyətə gələndən bəri bəzi ölkələrə qarşı sərt imiqrasiya siyasətini tətbiq etməyə çalışır. O, Grenn-Card lotereyasının ləğvinə də çağırır (BBC).
Paylaş: