Xəbər lenti

 Qara dənizin Krım sahillərində Moldova bayrağı altında üzən "Berg" adlı yük gəmisi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, gəminin 12 nəfərlik heyət üzvləri arasında 4 Azərbaycan vətəndaşı da olub.

Hadisə fevralın 1-i gecə baş verib. Azov limanından Türkiyənin Bandırma limanı istiqamətində üzən yük gəmisinin gövdəsi zədələnib. Hadisə ilə əlaqədar qəza siqnalı verilib. Hazırda bərə Feodosi buxtasında yedəkdədir, heyət üzvləri təxliyyə edilib. Onlar Feodosiya şəhərinin "Lidiya" mehmanxanasına yerləşdirilib. Dənizçilərin tibbi yardıma ehtiyacları yoxdur.

Qəzanın səbəbləri məlum deyil.

Hazırda gəmi göyərtənin deşildiyi yerdədir.

Faktla bağlı Kerç Nəqliyat Prokurorluğu araşdırma aparır. 




Ana səhifəyə qayıt        Baxış: 699          Tarix: 2-02-2018, 03:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma